İSO 9001 standartı Keyfiyyətin İdarəolunması Standartıdır və Bələdiyyənin iş proseslərinin keyifyyətli icrası üçün nəzərdə tutulmuşdur.

İSO 14001 standartı Ətraf Mühit Məsələlərinin İdarəolunması Standartıdır və Bələdiyyənin fəaliyyətinin və nəzarət etdiyi ərazilərinin ətraf mühit idarəçiliyinin, o cümlədən tullantıların idarəolunmasına və ətraf mühit risklərinin azaldılmasına/idarəolunmasına yönəldilmişdir.

Standartlar üzrə sertifikatlaşdırmaya hazırlıq xidmətləri Sage Solutions MMC tərəfindən icra olunmuşdur. Daha sonra hər iki standartın sertifikatlaşdırması Beynəlxalq akkreditasiya qurumu ASCB tərəfindən uyğunluq təsdiq olunaraq keçirilmişdir.