Ölkənin dördüncü böyük şəhəri olan Xırdalan əhalinin ən sıx məskunlaşdığı yaşayış məntəqələrindəndir. Bu cəhətdən dövlət qurumları ilə yanaşı şəhərin yerli özünüidarəetmə orqanı kimi Xırdalan bələdiyyəsinin də üzərinə vətəndaşların müraciətlərinin çevik və düzgün şəkildə cavablandırılması, yerli sosial problemlərin həllində iştirakçılığın artırılması, boşluqların müəyyən edilərək aradan qaldırılması, qanunvericiliyin verdiyi imkanlardan səmərəli istifadə edərək fəaliyyətin gücləndirilməsi və digər sahələrdə mühüm məsuliyyət düşür.


Xırdalan bələdiyyəsində keçmiş nöqsanların aradan qaldırılması və fəaliyyətin effektivliyinin artırılması məqsədi ilə bu beşilliyin ilk ilindən başlayaraq qəbul edilən qərarlar nəticəsində ötən 3 il ərzində əsaslı dönüş və dinamikaya nail olunub. Belə ki, 2020-ci ildə Xırdalan bələdiyyəsinin gəlirlərində 2019-cu illə müqayisədə 64.9%, 2021-ci ildə 2020-ci ilə nisbətdə 48.5%, 2022-ci ildə 2021-ci ilə nisbətdə 42,5% artım olub.

Ümumilikdə 2022-ci ildə Xırdalan bələdiyyəsinin büdcə gəlirləri 2019-cu illə müqayisədə 249,2% artıb. Bu, Azərbaycan Respublikasının bələdiyyələri içərisində ən yüksək göstəricilərdən biri, bəlkə də birincisidir.
Xırdalan bələdiyyəsinin 2022-ci ildə gəliri 714714,37 manat olub. O cümlədən torpaq vergisindən 125494,26 manat, əmlak vergisindən 291621,47 manat, icarə haqlarından 20926,5 manat, dəfndən gələn rüsum (qəbristanlıq) 1540 manat, torpaq satışından 181639 manat, dotasiya 25000 manat, dayanacaq xidmətindən 983 manat və s. gəlir əldə edilib.

Ötən il bələdiyyənin büdcə vəsaitləri Azərbaycan Ordusuna Yardım Fonduna 3325,18 manat, şəhid evinin təmiri üçün 9616 manat, aztəminatlı və imkansız ailələrə maddi yardım üçün 7990 manat, şəhid ailələrinə ərzaq yardımının ödənişi 2130,55 manat, Abşeron rayon Mədəniyyət Mərkəzinin təmiri 10.650, Novruz bayramı və Qurban bayramı ilə bağlı yardımlar 13051,45 manat, bank və poçt xidmət haqqı 5001,69 manat, Heydər Əliyev adına Parkın mühafizə xidməti 18000 manat, 2021-ci ilin audit xidmət haqqı 3500 manat, Xırdalanın prospekt və küçələrində sərbəst (qar yağması ilə əlaqədar) hərəkəti təmin etmək üçün duz alışı 2099,93 manat, şəhərin daxili yollarının asfaltlanması üçün 24000 manat, ezamiyyə ilə bağlı xərclər 3441,55 manat, bələdiyyə binasının elektrik enerjisi üçün ödəniş 980,27 manat, mavi yanacaq üçün ödəniş 2099,98 manat, içməli su və kanalzasiya xidməti üçün ödəniş 410 manat, ekspertiza və hərracların təşkili 768 manat, Şəhər Bələdiyyələri Milli Assossasiyasına üzvlük haqqı 3300 manat, bələdiyyə əməkdaşlarının əmək haqqı 296.892 manat, icbari tibbi sigorta haqqı 11637,18 manat, DSMF ödənişi 77032,94, internet və telefon haqqı 798 manat, Xirdalan bələdiyyəsinin inzibati binasının 2022-ci ilin dekabr ayı üçün icarə haqqı 429,08 manat, Korporativ Sosial Məsuliyyət mövzusunda təlimin keçirilməsi üçün 1195,3 manat, bələdiyyəyə məxsus minik avtomobilinin yanacaq haqqı üçün 3080 manat və digər xərclərə yönəldilib.
Xırdalan bələdiyyəsinin 2022-ci ildə beynəlxalq əməkdaşlıq çərçivəsində əldə etdiyi uğurlar bütövlükdə ölkəmizin yerli özünüidarə orqanlarının nailiyyəti sayılmalıdır. BMT İnkişaf Proqramının Avropa İttifaqı ilə birgə icra etdiyi “İqtisadi İnkişafı dəstəkləyən bələdiyyə sədrləri” müsabiqəsinin “Portfolio səyahəti” üzrə qalibi olan yeganə yerli özünüidarəetmə qurumu Xırdalana bələdiyyəsidir. “Şərq tərəfdaşlığı” ölkələrini əhatə edən bu müsabiqənin donoru Avropa İttifaqıdır. Layihənin ölkəmiz üzrə əsas tərəfdaşları isə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətidir. Bu layihə Xırdalan şəhərinin iqtisadi həyatına töhfələr verməyi, məşğulluğu stimullaşdırmağı, gənclərə dəstəyi artırmağı və bir sıra digər önəmli fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.

Xırdalan bələdiyyəsi eyni zamanda 2022-ci ildə BMT-nin “Merlər Razılaşması”na (“EU4Energy”) qoşulub. “Merlər Razılaşması”nın əsas hədəfləri enerji səmərəliliyi tədbirləri həyata keçirmək, yaşıl enerji mənbələrindən istifadəni genişləndirməklə istilik effekti yaradan qaz emissiyalarını azaltmaq, təhlükəsiz, dayanıqlı və etibarlı enerjiyə əlçatanlığı artırmaq, bələdiyyələr, yerli və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığı gücləndirmək və digər bu kimi məsələlərdir.

2022-ci ildə Xırdalan bələdiyyəsinə ümumilikdə 1116 məktub daxil olub. O cümlədən Sumqayıt İnzibati Məhkəməsindən 56, Abşeron rayon İcra ve Probasiya Şöbəsindən 50, Abşeron rayon İcra Hakimiyyətindən 23, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 3, 4 saylı DEDKR-dan 112 məktub almışıq. Vətəndaşlardan isə bələdiyyəmizə ötən il 553 yazılı müraciət daxil olub. Müraciətlərin hər biri müvafiq qaydada cavablandırılıb.

Ötən il Xırdalan bələdiyyəsi şəhərin vətəndaş cəmiyyəti institutları ilə də yaxından əməkdaşlıq edib. 2022-ci ilin nnoyabr ayında “Sağlam ailə dövlətimizin gələcəyidir” adlı layihə çərçivəsində Xırdalan bələdiyyəsində birgə tədbir keçirilib. Layihənin məqsədi uşaqların və bütövlükdə gənc nəslin fiziki cəhətdən sağlam və mənəviyyatlı böyüdülməsində valideynlərin, xüsusi ilə anaların rolunun vacibliyini təbliğ etmək və bu sahədə maarifləndirmə işini gücləndirmək, həmçinin, ailələrə ictimai dəstək verməkdən ibarət olub.

Ötən il Xırdalan bələdiyyəsi şəhərin vətəndaş cəmiyyəti institutları ilə də yaxından əməkdaşlıq edib. 2022-ci ilin noyabr ayında “Sağlam ailə dövlətimizin gələcəyidir” adlı layihə çərçivəsində Xırdalan bələdiyyəsində birgə tədbir keçirilib. Layihənin məqsədi uşaqların və bütövlükdə gənc nəslin fiziki cəhətdən sağlam və mənəviyyatlı böyüdülməsində valideynlərin, xüsusi ilə anaların rolunun vacibliyini təbliğ etmək və bu sahədə maarifləndirmə işini gücləndirmək, həmçinin, ailələrə ictimai dəstək verməkdən ibarət olub.

Xırdalan bələdiyyəsi rayonda keçirilən rəsmi bayram və hüzn günlərində də yaxından iştirak edir. Bələdiyyə rəhbərliyi şəhər ərazisindəki şəhidlərin məzarlarını və onların ailələri vaxtaşırı olaraq ziyarət edir.
Xırdalan bələdiyyəsi öz fəaliyyəti, o cümlədən həyata keçirdiyi layihələr barərə şəhər sakinlərinə hesabat verir, media orqanları vasitəsi ilə müvafiq məlumatları ictimaiyyətə çatdırır.

Xırdalan bələdiyyəsi 2023-cü ildə də öz fəaliyyətini cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin istiqamətləri üzrə səmərəli şəkildə qurmaq, vergi toplanışını mövcud potensiala uyğun səviyyəyə çatdırmaq, yerli sosial məsələlərin həllində daha fəal iştirak etmək, vətəndaşlara xidmət səviyyəsini yüksəltmək, BMT, Avropa İttifaqı və Türk dövlətlərinin bələdiyyələri ilə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyi pritoritet istiqamətlərdən sayır.

Orxan Musayev
Xırdalan bələdiyyəsinin sədri