Vətəndaşların yerli əhəmiyyətli problemlərinin həllində bilavasitə iştirak edən, qanunvericilik çərçivəsində üzərinə düşən məsuliyyətin icrası nəticəsində dövlətin mərkəzi institutlarının yükünü azaldan və sakinlər üçün ən əlçatan qurumlardan olan yerli özünüidarəetmə təsisatlarından müasir dövrdə cəmiyyətin gözləntiləri daha da artmaqdadır. Çünki yerli özünüidarəetmə orqanları hər bir sivil, demokratik ölkənin ictimai-siyasi və sosial həyatında özünəməxsus çəkiyə sahib olan, sərt mərkəzləşməni aradan qaldıran və vətəndaşların problemlərini lokal səviyyədə və çevik şəkildə həll edə bilən institutlarından hesab edilir. Ötən 21 il ərzində xeyli təcrübə toplamış, eyni zamanda fəaliyyətinin hüquqi əsasları formalaşdırılmış bələdiyyələrin qarşısında bir sıra çağdaş tələblər dayanır.

Özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin dərinləşdirilməsi, şəffaflığın və hesabatlığın maksimum səviyyəyə çatdırılması, vergi subyektlərindən maliyyə ödənişlərinin toplanmasının tamlıqla təmin olunması bu gün bələdiyyələr üçün prioritet təşkil edən məsələlərdir. Son 2 ildə qlobal bəlaya çevrilən COVİD-19 pandemiyası dövrünün aktuallığını artırdığı reallıqlardan, həmçinin inkişaf edən dünyanın başlıca tələblərindən olan vətəndaşlara göstərilən elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması da yerli özünüidarəetmə qurumlarının qarşısında dayanan başlıca vəzifələrdəndir. Daha lakonik şəkildə ifadə edəsi olsaq, deməliyik ki, Azərbaycan bələdiyyələri də hazırkı dövrdə elektron hökumətin mühüm tərkib hissəsinə çevrilməlidir.