Sərgi Abşeron Rayon İcra Hakimiyyəti, Xırdalan Bələdiyyəsi, İsveçin Azərbaycandakı Səfirliyinin təşkilatı dəstəyi və Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ) ilə əməkdaşlıq çərçivəsində gerçəkləşdi.

Giriş sözü ilə çıxış edən Xırdalan Bələdiyyəsinin sədri Orxan Musayev qonaqları salamladı.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova layihənin Abşeron rayonunda keçirilməsinin əhəmiyyətini qeyd etdi. Bildirdi ki, sərginin açılışından sonra Abşeron rayonunun 15 ərazisində fəaliyyət göstərən məktəb şagirdləri buraya dəvət olunacaq: "Mən əminəm ki, sərgi uğurla keçiriləcək. Layihənin icrasında üzərimizə düşən töhfəni verməyə hazırıq".

İsveç Krallığının ölkəmizdəki səfiri Kristian Kamill bildirdi ki, sərgi İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlanıb: "Moda sənayesi dünyada ətraf mühiti ən çox çirkləndirən sahələrdən biridir. Hər il dünyada istehlak etdiyimiz 62 milyon ton geyimin yalnız 20 faizini təkrar istifadə və ya təkrar emal edirik. Sərgi həm istehsalçıların, həm də istehlakçıların paltarların və onların komponentlərinin təmirini, təkrar hazırlanmasını, təkrar istifadəsini və təkrar emalını maksimum dərəcədə artırmaqla moda sənayesinin ətraf mühitə arzuolunmaz təsirlərini minimuma endirə biləcəyi yolları izah edir. Sərgidə eyni zamanda, İsveç və Azərbaycanın moda səhnəsində ekoloji sənətkarlıq və tekstil istehsalı, həmçinin ənənəvi və dayanıqlı qadın sənətkarlığı ilə bağlı yeni bədii və kurator düşüncələri təqdim edilir".

Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev idarəyə tabeli mədəniyyət müəssisələrində belə tədbirlərin təşkil edilməsində maraqlı olduqlarını söylədi. Bildirdi ki, regional idarənin tabeliyindəki 7 incəsənət məktəbində 193 şagird rəssamliq üzrə təhsil alır. Klub və mədəniyyət müəssisələrində isə 20-ə yaxın dərnək mövcuddur: "Bu dərnəklərdə rəssamlıq sənətinin sirləri gənc nəslə öyrədilir. Bundan əlavə idarə tabeliyindəki mədəniyyət müəssisələrində ötən il ərzində 33 böyük sərgi, 6 ustad dərsi təşkil edilib. Mən sərginin təşkilində əməyi olan hər bir şəxsə təşəkkürümü bildirirəm. Ümid edirəm və inanıram ki, bu cür müasir səpkidə olan tədbirlər Xırdalan şəhərinin mədəni həyatına öz töhfəsini verəcəkdir".

Daha sonra çıxış edən sərginin kuratoru Könül Rəfiyeva+ layihə haqqında danışdı. Dedi ki, Xırdalan sakinlərinin istifadə edilməyən tekstil parçalarından hazırladığı "quramalar" - Azərbaycanda təbii və ekoloji cəhətdən təmiz tekstilin gələcəyinə dair şəxsi bədii baxışı əks etdirən bu icma işi ənənəvi sənətkarlığı və ekoloji kollektiv təcrübəni birləşdirən tamamilə fərqli bir yanaşma nümunəsi ortaya çıxarır.

Könül Rəfiyevə sərgidə həmçinin qonaq rəssamlar Lüdmila Kristeseva (İsveç) və Günel Ravilovanın (Azərbaycan) əsərlərinin də nümayiş olunduğunu diqqətə çatdırdı: "Rəssamlar multimedia dialoqu ilə iki fərqli görünüşdə moda, tekstil və ekologiya mövzusunda iki fərqli perspektiv təqdim edərək, qadının şəxsiyyət kimi formalaşmasında tekstilin rolunu təyin etməyə çalışırlar".

Sonda tədbir iştirakçıları sərgi ilə yaxından tanış oldular.

Qeyd edək ki, moda sənayesinin əsas problemlərinin işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş olunur. Sərgi aprelin 11-dək ziyarət üçün açıq olacaq.