Avropa İttifaqı və Höte İnstitutunun birgə dəstəyi ilə həyata keçirilən “EU 4Culture” layihəsi çərçivəsində Azərbaycanın bələdiyyələri arasında ilk dəfə olaraq Xırdalan bələdiyyəsinin qalib seçilməsi şəhərin mədəniyyət potensialının tam aşkara çıxarılması, beynəlxalq miqyasda tanıdılması və əhalinin mədəni-kulturoloji tələblərinin qarşılanması istiqamətində mühüm töhfə olacaq.
Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev söyləyib. O, Azərbaycan mədəniyyətinin təbliğində ən böyük müsbət nümunəni Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın göstərdiyini vurğulayaraq, mədəniyyət sahəsində inkişafa nail olunması üçün yerli özünüidarəetmə qurumlarının da üzərinə mühüm məsuliyyət düşdüyünü bildirib: “Xırdalan yalnız Abşeron rayonunun 14 yaşayış məntəqəsinin deyil, bütövlükdə 32 qədim Abşeron kəndinin mədəni ənənələrini özündə birləşdirir. Bu cəhətdən biz qədimliklə müasirliyi, zərifliklə güclülüyü, həmçinin ənənəvi sənət növlərini birləşdirən bir məkanda, ölkəmizdə əhalisi ən sürətlə artan inzibati vahid olan Xırdalanda mədəni şəhər brendini bərqərar etməkdə israrlıyıq”.