Xırdalan Bələdiyyəsi “ISO 50001” - Enerjilərin İdarə Olunması Sistemlərinə yönəldilən sertifikatı alıb. Bundan əvvəl Xırdalan bələdiyyəsi ISO 9001 və ISO 14001 sertifikatları almışdır. Məlumat üçün bildiririk ki, ISO 9001 standartı Keyfiyyətin İdarəolunması Standartıdır və Bələdiyyənin iş proseslərinin keyifyyətli icrası üçün nəzərdə tutulub. ISO 14001 standartı isə Ətraf Mühit Məsələlərinin İdarəolunması Standartıdır və Bələdiyyənin fəaliyyətinin və nəzarət etdiyi ərazilərinin ətraf mühit idarəçiliyinin, o cümlədən tullantıların idarəolunmasına və ətraf mühit risklərinin azaldılmasına , ISO 50001 isə “yerli icma idarəetməsi və bələdiyyə xidmətlərinə” yönəldilib. Standartlar üzrə sertifikatlaşdırmaya hazırlıq xidmətləri Sage Solutions MMC tərəfindən icra olunub. Daha sonra hər iki standartın sertifikatlaşdırması Beynəlxalq akkreditasiya qurumu ASCB tərəfindən uyğunluq təsdiq olunaraq keçirilib. Və əlavə olaraq qeyd edək ki, Xırdalan Bələdiyyəsi Azərbaycanda bu 3 sertifikatı əldə edən tək bələdiyyədir.