Xırdalan bələdiyyəsi 2024-cü ilin ilk 6 ayı ərzində şəhərin inkişafına töhfə vermək istiqamətində davamlı şəkildə və uğurla fəaliyyət göstərib. Bələdiyyə prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasətinə uyğun olaraq şəhərimizin abadlığı, sakinlərin tələblərinin qarşılanması istiqamətində bir çox işləri qeyd olunan dövr ərzində də müvəfəqiyyətlə icra edib. Xırdalan bələdiyyəsi 2024-cü ilin birinci yarısındakı dövr ərzində cənab İlham Əliyevin çağırış və tövsiyyələrinə əsaslanaraq şəhər sakinlərinə göstərdiyi xidmətləri uğurla davam etdirib.
Qeyd olunan müddət ərzində vətəndaşların, eyni zamanda müxtəlif idarə və təşkilatların müraciətləri cavablandırılıb və ya aidiyyatı qurumlara yönləndirilib. Cari ilin ilk 6 ay ərzində Xırdalan bələdiyyəsinin gəlir və daxil olmaları 517347 manat təşkil edir.  
      Cari ilin ilk 6 (altı) ayı ərzində bələdiyyə Xırdalan şəhərindəki Heydər Əliyev adına parkın mühafizə xidməti və nəzarət kameralarının quraşdırılması üçün 17159 manat, bələdiyyə rəhbərliyi və əməkdaşlarının icbari tibbi sığortası üçün 11655 manat, silahlı qüvvələrə yardım fondu üçün 3640 manat, DSMF üçün 60870 manat, işsizlik fondu üçün 1870 manat, əmək haqqından tutulan YAP ödilən üzvlük haqqı 1% - 2395 manat, qəzetlərə abunə haqqı 1452 manat, “Bələdiyyə info” internet saytına abunə haqqı 500 manat, Atəşgah sığorta 130 manat, Abşeron YXO üçün 324 manat, bələdiyyə ofisindəki katriclərinin doldurulması üçün 2000 manat, idarə üçün kabel avadanlığının çəkilməsi, kompyuter təmir işləri üçün 694 manat, kompyuter, printer, monitor, mobil telefon alınması üçün 12013 manat, internet və telefon haqqı üçün 333 manat, aztəminatlı və imkansız ailələrə maddi yardım üçün 1810 manat, bank və poçt xidmət haqqı üçün 4560 manat, poçt xidmət haqqı 3% üçün 14853, idarənin elektrik enerji ödənişi üçün 431 manat, mavi yanacaq üçün 500 manat, içməli su və kanalizasiya haqqı üçün 270 manat, dəftərxana ləvazimatı, məktublara marka sifarişi üçün 1841 manat, Şəhər Bələdiyyələrinin Milli Assossasiyasına üzvlük haqqı üçün 1500 manat, bələdiyyəyə məxsus xidməti minik avtomobilinin təmiri üçün 3215 manat, bu avtomobilinin sığortası üçün 116 manat, avtomobilə yanacaq üçün 1680 manat, audit xidmət haqqı üçün 6000 manat, 8 Mart Beynəlxalq Qadın Günü münasibəti ilə Xırdalan bələdiyyəsinin üzvü olan xanımlara bayram mükafatının verilməsi üçün 800 manat, səhv köçən pulun geri qaytarılması, müqavilə ləğvinə görə ödənişin qaytarılması üçün 7488 manat, ARƏMDKDRX Kadastr yer quruluşu tədqiqat mərkəzi, əmlak dəyəri üçün 865 manat, “Vision” şirkətinə xidmət haqqı üçün 590 manat, iaşə xidməti bələdiyyə işçilərininin korporativ Yeni il şənliyinin keçirilməsi üçün 1200 manat, Ramazan bayramı münasibəti ilə bağlı iftar süfrəsinin təşkili üçün 1047 manat, Xırdalan bələdiyyəsinin inzibati binasının icarə haqqı üçün 4706 manat, Xırdalan bələdiyyəsinin inzibati binasının çöl fasadının rənglənməsi üçün 4720 manat vəsait xərcləyib.
      Xırdalan bələdiyyəsi həmçinin, 2024-cü ilin ilk 6 ayı ərzində şəhid, qazi və aztəminatlı ailələrinə Qurban bayramı ilə bağlı ərzaq yardımı üçün 6000 manat, Xırdalan qəbirstanlıq ərazisinin yollarına asfalt qatının çəkilməsi və abadlıq işləri üçün 41660 manat sərf edib.
      Qeyd olunan dövr ərzində Xırdalan bələdiyyəsi beynəlxalq layihələr çərçivəsində görülən işlərə ümumilikdə 17866 manat xərcləyib.
       Xırdalan bələdiyyəsi şəhər sakinlərinin problemlərinin həllinə yardım etmək, şəhərin abadlıq-quruculuq işlərində yaxından iştirak etmək üçün daha böyük enerji ilə çalışmaqda davam edir.
 
 
Xırdalan bələdiyyəsinn sədri Orxan Musayev