İlham İdris oğlu Rəsulov.
· 5 yanvar 1980-ci ildə Bakıda anadan olub.
· 2001-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib.
· 2002-2006-cı illərdə “Azərİşıq”da mühəndis vəzifəsində çalışıb. 2015-ci ildən “Azexurid” MMC-nin direktorudur.
· 2019-cu ildə Xırdalan bələdiyyəsinə üzv seçilib. 2020-ci ildən Xırdalan bələdiyyəsinin sədr müavinidir. Ailəlidir. İki övladı var.
İlham Yusif oğlu Quliyev.
· 8 sentyabr 1968-ci ildə Ordubad rayonunda anadan olub.
· 1991-ci ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
· Abşeron rayon Goradil kənd klubunun müdiri vəzifəsində çalışıb. Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
· 2009-cu ildən Xırdalan bələdiyyəsinin üzvüdür. 2020 –ci ildən Xırdalan bələdiyyəsinin sədr müavinidir. Ailəlidir. İki övladı var.
Elməddin Mahmud oğlu Behbud.
· 29 dekabr 1982-ci ildə Ermənistan Respublikasında (Qərbi Azərbaycan) anadan olub.
· 2004-cü ildə Bakı Dövlət Universitetini bitirib.
· Müxtəlif dövlət qurumlarında, media orqanlarında və ali məktəblərdə çalışıb.
· 2004-cü ildən Xırdalan bələdiyyəsinin üzvüdür. 2020-ci ildən Xırdalan bələdiyyəsinin sədr müavinidir. Ailəlidir. Üç övladı var.