12 dekabr 1999-cu ildə keçirilmiş ölkəmizdə ilk dəfə bələdiyyə seçkiləri nəticəsində Azərbaycanda formalaşdırılmış yerli özünüidarəetmə qurumlarından biri də Xırdalan bələdiyyəsidir.
    
     Xırdalan bələdiyyəsinə indiyədək 5 dəfə seçki keçirilib.

    Seçki Məcəlləsinə uyğun olaraq bələdiyyə üzvlərinin sayı bələdiyyə ərazisindəki əhalinin sayına görə tənzimlənir. Xırdalan bələdiyyəsinin üzvlərinin sayı 1999-cu il seçkilərində 13, 2004-cü ildə 15, 2009-cu ildə 17, 2014 və 2019-cü il seçkilərində isə 19 nəfər olub.


    Xırdalan bələdiyyəsinin sədri 2000-2001-ci illərdə Eyyub Hüseynov , 2001-2019-cu illərdə isə Eldar Əhmədov olub. 2020-ci ilin yanvar ayından etibarən bələdiyyə sədri Orxan Musayevdir.


    Sonuncu çağırış bələdiyyə seçkilərində Xırdalan bələdiyyəsinə üzv seçilən şəxslərdən bir nəfər vəfat edib, bir nəfər isə başqa işə keçməsi ilə əlaqədar bələdiyyə üzvlüyündən istefa verib.


    Hazırda Xırdalan bələdiyyəsinin 17 üzvü var.

    Bələdiyyədə aşağıdakı komissiyalar fəaliyyət göstərir:
1. Yerli büdcə (daimi)
2. Yerli ekologiya (daimi)
3. Hüquq məsələləri (daimi)
4. Yerli sosial (daimi)
5. Yerli iqtisadi İnkişaf (daimi)
6. Gender
7. Gənclər və İdman

    Xırdalan bələdiyyəsində 10 şöbə fəaliyyət göstərir:

1.     Ümumi işlər və kadrlar  şöbəsi

2.     Mühasibatlıq

3.     Maliyyə şöbəsi

4.     Vergi xidməti  şöbəsi 

5.     Hüquq şöbəsi

6.     Tikinti və Ərazi İdarəetmə şöbəsi

7.     Təsərrüfat şöbəsi

8.     Mərasim xidməti şöbəsi

9.     Mətbuat xidməti və informasiya texnologiya şöbəsi

10. Beynəlxalq əlaqələr, investisiya və layihələr şöbəsi